
Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Trinidad və Tobaqonun BMT yanındakı daimi nümayəndəsi bildirib.
“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində DİM-lərə (Dayanıqlı İnkişaf Məqsədləri – red.) verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.