21-04-2024, 04:40 644

Qərbi Azərbaycan Xronikası: Ağbaba əhalisi qarslılarla birlikdə dövlət yaradıb

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, “İbiş kəndi - qədim oğuz türklərinin məskəni” adlı buraxılışda Ağbaba mahalının, Amasiya rayonunun İbiş kəndinin tarixi, etno-mədəniyyəti, adət-ənənələri, irsi və toponimləri araşdırılıb.

Bildirilib ki, Ağbaba mahalının İbiş kəndi qədim oğuz türklərinin məskəni olub. İbiş kəndi ikiyə bölünüb, bir hissəsi Türkiyə ərazisində, bir hissəsi də Ağbaba mahalı ərazisində qalıb. Qars vilayətinin Qars qəzasında, Amasiya rayonuna aid olan Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olub. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşayıblar, bu ildən sonra Təzə İbiş kəndidə dağıdılıb və erməniləşdirilib.

Qeyd olunub ki, kənd rayon mərkəzindən 14 kilometr şimal-qərbdə, Türkiyə sərhədində yerləşir. Qafqazın beş verstlik xəritəsində adı qeyd edilən kənddə bir çox mənbələrdə qarapapaqların yaşadığı göstərilir. Qarapapaqlar azərbaycanlılarn etnoqrafik qruplarından biridir. Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir və quruluşca sadə toponimdir.

Diqqətə çatdırılıb ki, 1991-ci ilin aprelində kəndin adı dəyişdirilib Yerizak qoyulub. Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşayıb. 1916-cı ildə azərbaycanlılar qovulublar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıdıblar. 1989-cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən yenidən tamamilə qovulublar və indi ermənilər yaşayırlar.

Süjetdə görkəmli şəxsiyyətlər yetişdirən İbiş kəndinin qəhrəmanlıq tarixindən söz açılıb, burada əhalinin üsyana qalxmasından, Türkiyə sərhədinə yığışıb sığınacaq istəməsindən, vaxtilə Ağbaba əhalisinin qarslılarla birlikdə dövlət yaratmasından, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurulmasından, İbiş kəndində yaşayan oğuz gələnəyindən, toponimlərin, abidələrin necə dağıdılmasından, həmçinin ermənilərin 1988-ci ildə Amasiya rayon katibini bıçaqlamasından və əhalinin buna etiraz etməsindən bəhs olunub.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48 Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur Bu gün, 14:48 Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır Bu gün, 14:48 Naxçıvanda vəzifəli şəxs saxlanıldı Bu gün, 14:48 Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi Bu gün, 14:48 Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib Bu gün, 14:48 28 günlük tarif paketləri vətəndaşları qane edir? Bu gün, 14:48 Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR