
Rusiyanın Buryatiya Respublikasında yanğında üç nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə və Fövqəladə Vəziyyət Agentliyi .
Məlumata görə, Treskovo kəndində baş vermiş hadisədə ölən üç nəfərin hamısı uşaqdır.
“Aprelin 23-də səhər saatlarında Kabanski rayonunun Treskovo kəndində yaşayış binasında yanğın baş verib <…> Şkafda həyat əlaməti olmayan üç körpə tapılıb”, – qurum açıqlayıb.
Hazırda yanğın lokallaşdırılıb, ev konstruksiyalarının suvarılması işləri davam etdirilir. Yanğının söndürülməsinə 8 nəfər və 3 texnika cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.