
Bu gün Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Toplantıya ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin rəhbərlik edəcək.
NATO-nun Baş katibi Yens Stoltenberq də konfransa qatılacaq.
Məlumata görə, iclasda Ukraynada davam edən böhran və NATO müttəfiqlərinin təhlükəsizlik məsələləri müzakirə olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.