
ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri tviter səhifəsində yazıb.
O bildirib ki, görüş Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl baş tutub.
Nazirlər Ukraynadakı durumu, həmçinin Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.
Qeyd edək ki, hazırda Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.