
Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə üç terrorçunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsindəki 2 PKK terrorçusunu və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində təsbit etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.
Xatırladaq ki, aprelin 24-də Türkiyə MN İraqın Hakurk bölgəsində altı terrorçunu zərərsizləşdirdiyini açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.