
AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi müəyyənləşib.
"AVESTA.AZ" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərhələnin hər iki oyunu mayın 12-də, saat 18:00-da keçiriləcək. “ASK Arena”da “Göyəzən” “Şimal”la, “ASCO Arena”da isə “Hypers” “Ümid”lə finala vəsiqə qazanmaq uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, AFFA Region Liqasının final matçı mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.