
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev türkiyəli həmkarı Ahmet Yıldızla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki diplomatik missiyasının bildirib.
“Səfir Ahmet Yıldız Azərbaycanın daimi nümayəndəsi səfir Əliyevlə görüşüb. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını müzakirə ediblər”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, aprelin 26-da Ahmet Yıldız etimadnaməsini BMT-nin Baş katibi Antoniu Quterrişə təqdim edərək vəzifəsinin icrasına başlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.