11-05-2024, 13:53 482

Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ

İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndinə bu ilin sonlarında sakinlərin ilk köçü nəzərdə tutulur. Hazırda kənd sakinlərinin yurda dönüşü üçün tikinti və bərpa işləri görülür.

Erməni separatçılar Cəbrayılın Horovlu kəndini 1993-cü ildə işğal edib. Bura əhali sayına görə rayonun 3-cü böyük kəndidir. Kənd Vətən müharibəsi zamanı - 2020-ci ilin 4 oktyabr tarixində erməni işğalından azad edilib.

İşğal dövründə dağıdılmış, talan edilmiş Horovlu bu gün yenidən qurulur. Oradakı yenidənqurma və böyük qayıdışa hazırlıq prosesini yaxından izləmək üçün Cəbrayıl rayonuna getmək qərarına gəldik. Yola düşməzdən əvvəl Bakıda yaşayan Horovlu sakinləri ilə söhbətləşdik. Onlardan kənd barədə məlumatlar almağa çalışdıq. İşğaldan öncə uzun illər Horovluda kimya-biologiya müəllimi işləyən Faiq Quliyev dedi ki, kəndin adı Cənubi Azərbayanda olan horovlu tayfasının adı ilə bağlıdır, bu, həm də yer adıdır.

“1993-cü ildə Cəbrayıl işğal ediləndə biz də kənddən çıxmalı olduq. İşğaldan öncə kənddə klub, kitabxana, məscid fəaliyyət göstərirdi. Orada insanların yaşaması üçün hər bir şərait var idi. İkinci Dünya Müharibəsində həlak olan şəxslərin dəfn edildiyi yerdə abidə də var idi. Bildiyimə görə, 1993-cü ilə qədər kənddə 350 horovlu ailəsi yaşayırdı", - sakin bildirdi.

Cəbrayıl, həmçinin kəhrizlərin bol olduğu diyar kimi də tanınır. Müxtəlif mənbələrin məlumatına görə, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz olub. Əhali suya olan tələbatını məhz kəhrizlər vasitəsilə ödəyib. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər də ermənilər tərəfindən dağıdılıb.

Sakinlərin dediyinə görə, işğaldan əvvəl məhz Horovluda təxminən 12 kəhriz olub. "Orta", "Əsgər", "Şıx" və "Xəlifə" adlı kəhrizlər isə çox işlək olub. Kənddə "Əsgər" adlı kəhriz əvvəllər “Stalin” adlanıb. Deyilənə görə, Xəlifə dərəsi adlı ərazidə yerləşən “Xəlifə” kəhrizini ərəb istilası dövründə xəlifələrdən biri yaradıb.

Kəndin tarixi və orada mövcud olan abidələr, binalar, yaşayış yerləri barədə məlumat topladıqdan sonra yola düzəldik. Yolboyu təsəvvürümüzdə sakinlərin təsvir etdikləri o yerlər canlanırdı. Lakin kəndə daxil olduğumuz zaman azad edilmiş digər ərazilərdəki oxşar mənzərə ilə rastlaşdıq; dağılmış evlər, məhv edilmiş abidələr, 30 il insan ayağı dəyməyən boz torpaq...

Horovluda ilk baş çəkdiyimiz yer "Orta" kəhriz oldu. Qədim tarixi olsa da, bu kəhrizin nə zaman yaradıldığı məlum deyil. Məlumata görə, sakinlər "Orta" kəhrizi Horovlu işğal olunana qədər bir simvol kimi qoruyub saxlayıblar.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən aldığımız məlumata görə, artıq Horovlu kəndində 5 kəhriz bərpa olunub. Onlardan biri də "Orta" kəhrizdir.

Vaxtilə kənddə, həmçinin Böyük Vətən Müharibəsi iştirakçılarının adları qeyd olunmuş memorial kompleks, eləcə də türk (sayı dəqiq bilinmir) qəbiristanlığı olub. Nuru Paşanın da iştirak etdiyi döyüşlərdə həlak olan bir neçə türk əsgərinin burada dəfn olunduğu bildirilir.

Kənddə “Sarı ocaq” adlı ibadət yeri də olub. Ocağın həyətində məscid də olub. İbadət yerini Sərdar Alı adlı şəxs sonradan bərpa edib. Onun oğlu İxtiyar Binnətəliyev də Horovlunun keçmiş sakinlərindəndir. İşğaldan öncə kəndin mədəniyyət evində müdir kimi çalışıb. O, Bakıda olarkən bizimlə söhbətində vurğuladı ki, kəndin müharibədən əvvəl hamamı, dəyirmanı, mədəniyyət evi, kitabxanası, 600 şagird yeri olan məktəbi, 2 yerdə çörək zavodu olub. Lakin işğal dövründə ərazi erməni vandalizminə məruz qalıb və bu tikililərdən əsər-əlamət qalmayıb.

Kənddə olarkən orada sürətli tikinti və bərpa işlərinin aparıldığına şahidlik etdik.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verdi ki, Böyük Qayıdış proqramının 1-ci mərhələsində, yəni 2026-cı ilədək Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox əhalinin köçü nəzərdə tutulub:

“Doğma yurdlarına qayıdan sakinlər üçün bu üç rayonda 24 kənd, 5 qəsəbə, həmçinin Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin salınması, evlərin və çoxmənzilli binaların tikintisi planlaşdırılıb. Bu işlər Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq 334 ailə üçün yaşayış evi tikilməkdədir, sonra mərhələli şəkildə 1395 nəfər kənd sakininin öz yurdlarına geri dönməsi nəzərdə tutulub. Mövcud məskunlaşma ərazisi 93.74 ha olsa da, inkişaf perspektivləri nəzərə alınaraq gələcəkdə kənd ərazisi genişləndiriləcək. Sakinlər üçün inşa edilən evlər iki, üç, dörd və beşotaqlı olacaq”.

Beləliklə, çox keçməz ki Horovlu öz tarixi kəhrizləri ilə birgə əvvəlki şöhrətini bərpa edər.

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR