18-05-2024, 02:18 482

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

Prezident İlham Əliyevə və Prezident Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verildi.

"Report"un xəbərinə görə, qeyd edildi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.

Aydın Kərimov: Bu, 20 illik perspektiv üçündür. Burada şəhər inşa edəcəyik, gördüyünüz kimi onu çox yükləməyəcəyik.

Prezident İlham Əliyev: Yükləməyəcəyik ki, yer çox olsun, sərbəstlik olsun.

Prezident Aleksandr Lukaşenko: Tamamilə doğrudur.

Aydın Kərimov: Tarixi məhəllələr çoxdur. Əlbəttə, bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi. Siz bu gün həmin yoldan keçdiniz. Bu, böyük həcmdə işdir – 9 viaduk, 7 tunel. Bu, bizim Füzulidən Şuşaya rahat getməyimiz üçündür. İlk işlər infrastrukturun bərpası üzrə aparılıb. Burada hər şey dağıdılmışdı. Hətta istilik şəbəkəsi çəkdik, indi də şəhərə qaz çəkilib. Bizdə yaşayış kompleksində mərkəzləşdirilmiş istilik sistemi var. Orada artıq istilik və isti su verilir. Su təchizatı üçün dağlarda sututarlar yaratmışıq ki, daimi suyumuz olsun, su çatışmazlığını hiss etməyək. Küçə-yol şəbəkəsi. Bu, 56 kilometr uzunluqda şəhərdaxili yol şəbəkəsi, 81 küçə və müxtəlif kateqoriyalar - 10-12 metr enindən dar yollaradək. Təbii ki, şəhər mədəniyyət paytaxtıdır. Hazırda bizdə rəsmi olaraq 196 abidə var. Lakin təəssüf ki, gördüyünüz kimi, onların əksəriyyəti, demək olar, hamısı bu vəziyyətdədir. Cənab Prezidentin və hörmətli Mehriban xanımın səyləri sayəsində biz onlardan bəzilərinin bərpasına başlamışıq. Biz bu məhəllədə bir neçə binanın konsepsiyasını hazırlayırıq.

Prezident Aleksandr Lukaşenko: Pis olmazdı.

Prezident İlham Əliyev: Çünki onun möhkəmliyinə də, necə istifadə olunmasına da baxmaq lazımdır. Dağılmış evlərin bir hissəsi belə də qalacaq. Konservasiya olunaraq, burada nələrin baş verməsi barədə xatirə kimi saxlanılacaq.

Aydın Kərimov: Bu, bərpa olunmuş abidələrdən nümunələrdir - Mehmandarovların malikanəsi, Saatlı məscidi, Yuxarı məscid, Xalça evi, Vaqifin məqbərəsi.

Prezident İlham Əliyev: Şair Vaqifin məqbərəsi, onun köhnə şəkilləri yoxdur, yəqin ki, buradadır. O da tamamilə dağıdılmışdı. İlk bərpa etdiyimiz abidələrdən biridir.

Aydın Kərimov: Bulaqlar bərpa olunur. Hər məhəllədə, - burada 16 məhəllə olub, - məscid, bulaq və hamam olub. Hamamlardan yalnız biri qalıb, bulaqların hamısı demək olar ki, yararsız vəziyyətə salınıb. Əsas binaların yerləşəcəyi ümumi planlaşdırma belədir. Bəziləri artıq tikilib, bəziləri tikilir. Azad olunanda bu mərkəz belə görünüşdə idi. Beşmərtəbələr köhnə və əsasən dağılmış vəziyyətdədir. Yeni Baş plana uyğun olaraq, belə görünəcək. Bu yay onu təhvil verəcəyik. Tarixi ərazidə belə kiçik evlər olacaq. Bax, orada gözəl terraslı, yaşıllıqların olduğu belə kompleks tikiləcək. Həm ofislərin, həm mağazaların olduğu biznes-rayonun, habelə digər ərazinin də salınması nəzərdə tutulub. Bu, Sizinlə indicə olduğumuz həmin yaşayış kompleksidir. O, belə planlaşdırmaya malikdir. Bu isə şəhər məktəbimizdir. Artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq.

Prezident İlham Əliyev: Təxminən 1000 nəfərlik olacaq.

Aydın Kərimov: Şəhər xəstəxanamız 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq. O, şəhərin yuxarı hissəsində yerləşir. Bu, “realnı” məktəbinin binasıdır, o, musiqi və incəsənət kolleci kimi fəaliyyət göstərəcək. Hazırda sahəsinə görə Şuşada ən böyük abidədir. Bu isə poçt binası və dövlət xidmətləri mərkəzidir.

Prezident İlham Əliyev: O, əvvəl belə idi.

Aydın Kərimov: Sovet modernizmi. Yəni, olduğu kimi.

Prezident İlham Əliyev: Biz onu olduğu kimi, həmin üslubda bərpa edirik.

Prezident Aleksandr Lukaşenko: Bəli, bu, gözəldir.

Aydın Kərimov: “Qarabağ”, “Şuşa” mehmanxanaları. Bu, “Yasəmən” mehmanxanasıdır. Belə butikli tarixi otel. Şuşanın yaxınlığında Daşaltı kəndi var.

Prezident İlham Əliyev: Bax, bu, Şuşadır. Yuxarı qayanı görürsən, bax, o, həmin qayanın üstündədir. Üç tərəfdən dik qayalardır.

Aydın Kərimov: Burada isə ətəkdə kənddir. Həmin kənd hazırda özəl sektor tərəfindən turizm obyekti kimi tikilir.

Prezident İlham Əliyev: Orada mehmanxana da olacaq.

Aydın Kərimov: Bu yaxınlarda cənab Prezident bizim rayonda Şuşa ilə Laçın arasında tikiləcək ilk qəsəbənin təməlini qoydu, buradan 18 kilometr məsafədədir. Turşsu qəsəbəsi. Çox gözəl mənzərəli yerdir, 323 ev, yəni ailə. İlk 50 ailə artıq noyabr ayında köçəcək.

Prezident İlham Əliyev: Bu il.

17.05.2024.13:44

Azərbaycan və Belarus prezidentlərinə Şuşanın Baş planı barədə məlumat verilib.

“Report” xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verildi

Paylaş

Xəbər lenti

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR