
Valideynlərim bu illər ərzində onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gedib.
Bu sözləri "AVESTA.AZ"un Muğan bürosuna açıqlamasında mayın 22-də Biləsuvarda yerləşən Cəbrayıl qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Elbrus İsaqovun qardaşı Ramiz İsaqov deyib.
O bildirib ki, qardaşının nəşinin 31 il sonra tapılması da ailə üçün təskinlikdir:
“Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gedib. Qardaşım Əfqanıstan müharibəsində iştirak etmişdi. Gəldi, sonra da könüllü olaraq Qarabağda döyüşməyə yollandı. 1994-cü ilin fevralında Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşdü. Qardaşımın nəşinin tapılmasında əziyyəti olan hər kəsə öz minnətdarlığımızı bildiririk”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.