
Ermənistanın paytaxtı İrəvanda nənə və nəvə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.
Qeyd edilir ki, 25 yaşlı nəvə (S.Arutyun) “Erebuni” tibb mərkəzinə, 89 yaşlı qadın (M.Marus) isə Şenqavit tibb mərkəzinə aparılıb. Yaralılar paytaxtın Şenqavit inzibati rayonundakı mənzillərin birindən xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onların şəxsiyyətini müəyyənləşdirir, həmçinin vətəndaşların hansı şəraitdə güllə yarası aldıqlarını öyrənməyə çalışırlar.
Nəşrin məlumatına görə, onların xəsarət aldıqları mənzildə “Makarov” tapançası aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.