
Ukrayna və Polşa hərbi texnikanın təmiri və beynəlxalq tərəfdaşlarla təlimlər keçirmək üçün qovşaq tikmək barədə razılığa gəliblər.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Latviya Prezidenti Egils Levits ilə birgə keçirdiyi brifinqdə bildirib.
“Bu gün biz həmçinin hərbi texnikanın təmiri, alman, niderlandlı və ukraynalı tərəfdaşlarımızla təlimlər keçirəcək xüsusi habın təşkili haqqında danışdıq. Biz elə bir qovşaq tikəcəyik ki, Polşa şirkətləri hərbi texnikanı təmir etsinlər, bundan qazansınlar və hab hər kəsə münasib olsun”, - Polşa hökumətinin başçısı deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.