
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
“AVESTA.AZ” xəbər verir ki, müvafiq paylaşım bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Ölkənizdə və bütün regionda davamlı sülh və firavanlıq arzulayıram”, - paylaşımda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.