
Ermənistanın dövlət borcu 2024-cü ilin birinci rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15% artıb.
“AVESTA.AZ”un məlumatına görə, bunu Avrasiya İqtisadi Komissiyasının açıqladığı statistik göstəricilər sübut edir.
Komissiyanın təhlilinə görə, Ermənistanda dövlət borcu əsasən dövlət istiqrazları hesabına artıb və mütləq ifadədə 12,1 milyard ABŞ dollarına çatıb.
Qeyd edək ki, rəqəm təkcə hökumətin deyil, həm də Ermənistan Mərkəzi Bankının borcu nəzərə alınmaqla verilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.