
Ukraynanın bərpası üçün ən azı 349 milyard ABŞ dolları lazımdır.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna hökuməti, Avropa Komissiyası və Dünya Bankının bu gün Avropa Komissiyasının saytında dərc olunmuş birgə qiymətləndirmədə deyilir.
“Ukrayna hökuməti, Avropa Komissiyası və Dünya Bankı tərəfindən açıqlanan ümumi hesablamaya görə, Ukraynanın bərpası üçün cari xərclər 349 milyard ABŞ dolları təşkil edir. Müharibə davam etdiyindən bu rəqəmin növbəti aylarda artacağı gözlənilir”, - məlumatda deyilir.
Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi (The Rapid Damage and Needs Assessment – RDNA) hərbi əməliyyatların başlanmasından bəri 12 əsas sektor üçün müharibə zərərinin ilk geniş qiymətləndirilməsini təqdim edib. Bu, həmçinin xərclərin planlaşdırılması üçün yol xəritəsinin yaradılması da daxil olmaqla, dayanıqlı, əhatəli və davamlı bərpa üçün maliyyə ehtiyaclarını müəyyən edir.
2022-ci il fevralın 24-dən iyunun 1-dək olan dövrdə müharibə və hərbi əməliyyatlardan dəyən fiziki zərər 97 milyard ABŞ dollarına bərabərdir. Bu zərər mənzil sektorunda, nəqliyyat, ticarət və sənaye sahələrində daha çoxdur. Əsas dağıntılar Çerniqov, Donetsk, Luqansk, Xarkov, Kiyev və Zaporojye vilayətlərində olub.
RDNA hesabatı ilkin xarakter daşıyır və bu mərhələdə minimum bərpa ehtiyaclarına əsasən qiymətləndirmədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.