
Bakı Fond Birjası (BFB) “Express Lombard” ASC-nin 1 milyon manat dəyərində olan səhmlərini standart bazar seqmentində şərti-listinqə daxil edib.
"Report" BFB-ya istinadən xəbər verir ki, şirkət hər birinin ilkin ticarət qiyməti 200 manat olan 5 min ədəd adi, sənədsiz, adlı səhm buraxıb.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi/abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı iyunun 3-də başlayıb, 3 işi günü davam edəcək.
Yerləşdirmə üzrə anderrayter Capital Partners İ.Ş” QSC-dir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.