
Çexiyanın şimalında Liberets şəhərində 9-u uşaq olmaqla 18 nəfər ildırım vurması nəticəsində xəsarət alıb.
“AVESTA.AZ” xəbər verir ki, bunu Liberets xəstəxanasının mətbuat katibi Vatslav Rziçara deyib.
Onun sözlərinə görə, yaralılar Praqa, Liberets və Yablonets-nad-Nisou (Şimali Çexiya) şəhərlərindəki klinikalarda yerləşdiriliblər.
Onlardan yeddisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisə uşaq şənliyi zamanı baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.