4-06-2024, 14:35 468

Azərbaycanda dollar istiqrazlarının gəlirliliyi 10 %-ə çatıb - bu normaldırmı?

Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətləri ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "AzerGold") ABŞ dollarında buraxdıqları istiqrazlara görə illik 6 % gəlirlilik vəd etdikdən sonra özəl sektor onlarla rəqabətə davam gətirmək üçün bazara daha yüksək faizlərlə girdi.

Bir qədər əvvəl ölkənin aparıcı banklarından biri illik 7 %-lə 35 milyon dollarlıq istiqraz yerləşdirdi. Bunun ardınca isə ölkənin lizinq şirkətlərindən biri illik 10 % gəlirlilik vəd edərək 250 min ABŞ dolları vəsait cəlb etdi.

Bəs sərbəst dönərli valyutada buraxılan istiqrazların illik gəlirliliyinin 10 %-ə çatması normaldırmı? "AVESTA.AZ" mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru Cəfər İbrahimli hesab edir ki, dollar istiqrazlarının faizlərinin getdikcə yüksəlməsi kapital bazarının inkişafının göstəricisi sayıla bilər: “Şirkətlər strateji planlarına uyğun olaraq, ciddi təhlillərdən sonra istiqraz buraxır, onun parametrlərini, o cümlədən illik gəlirliliyini müəyyən edəndə bazarın reallığını nəzərə alır. Təbii ki, hər bir investisiyanın riski var. Əgər investorlar yüksək gəlirliliyə malik qiymətli kağızlara vəsait yatırırsa, bu da bazarın reallığıdır".

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova da dollar istiqrazlarına getikcə daha yüksək gəlirlilik vəd olunmasını fond bazarının inkişafına bağlayır: "Bazar inkişaf etdikcə, burada hər kəs faiz qaldırmaqla investorların diqqətini cəlb etməyə, lazımi qədər vəsait cəlb etməyə çalışır. İnvestorlara da dollarla yüksək gəlir əldə etmək maraqlı olur. Bundan təkcə şirkətlər deyil, əhali də faydalana bilər. Yəni, insanlar evdə dollarda saxladıqları pulu istiqraz almaqla dövriyyəyə buraxa, faktiki olaraq biznesə yatıra və yüksək gəlir əldə edə bilərlər. Yəni, faiz yüksək olmalıdır ki, insanların diqqətini cəlb etsin. Azərbaycanda hələ ki, kapital bazarına inam elə də yüksək deyil. Amma yaxşı gəlirlilik bazara maraq oyadır".

Azərbaycan Mərkəzi Bankından isə “AVESTA.AZ”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan emitentlərinin sərbəst dönərli valyutada buraxdığı istiqrazların illik gəlirliliyi həmin valyuta üzrə risksiz bazar faiz dərəcələrinin səviyyəsi, ölkə spredi, emitentin spredi, eləcə də likvidlik spredi kimi kompleks amillərin təsiri altında formalaşır: "Bildiyiniz kimi, artan inflasiya ilə mübarizə çərçivəsində aparılan sərt pul siyasəti nəticəsində ABŞ-da bazar faiz dərəcələri son illərin rekord həddinə yüksəlib və hazırda risksiz bazar faiz dərəcələri, yəni ABŞ dövlət istiqrazlarının bazar faizləri 4-5 % təşkil edir. Ölkə spredinə gəldikdə isə, Azərbaycanla oxşar kredit reytinqinə malik ölkələrdə bu spred hazırda 1-2 % səviyyəsindədir.

Göründüyü kimi, ABŞ dolları üzrə şirkətlərin hazırda borclanacağı baza faiz dərəcələri kifayət qədər yüksəkdir. Şirkətlərin buraxdıqları istiqrazlara gəldikdə isə burada baza faiz dərəcələri ilə yanaşı, emitent spredi də əlavə edilir və bu, əsasən idiosinkratik risklərin kompensasiyasını nəzərdə tutur. Emitent spredi şirkətin spesifik xüsusiyyətləri (yetkinlik səviyyəsi, həcmi, bazar payı və s.), şirkətin maliyyə göstəriciləri və şirkət barədə investorların gələcək gözləntiləri, alternativ maliyyə mənbələrinə əlçatanlığı kimi amillərdən asılı olaraq dəyişir. Bundan əlavə, buraxılan istiqrazın bazar seqmenti üzrə tələb və təklif amillərindən asılı olaraq likvidlik premiumu da əlavə edilir. Beləliklə, ayrı-ayrı emitentlərin buraxdığı istiqrazların illik faiz dərəcələri makro, mikro, eləcə də bazar amillərindən asılı olaraq dəyişir və bu faizlərin müxtəliflik göstərməsi təbiidir".

"Bakı Fond Birjası" QSC-dən isə “AVESTA.AZ”un sorğusuna cavab olaraq bildirilib ki, dollar istiqrazlarına yüksək gəlirlilik vəd olunması bazar amillərinin təsirindən qaynaqlanan təbii haldır: "Son 2 ildə qlobal bazarlarda müşahidə olunan yüksək inflyasiya meyilləri ABŞ-dən də yan keçməyib. ABŞ Federal Ehtiyatlar Sistemi inflyasiya faizinin hədəf diapazonuna salınması məqsədilə ABŞ dolları üzrə faiz dərəcələri artırılıb, bu da borclanma faizlərini artırıb. Ümumiyyətlə, faizlərə bir çox amillər təsir edir. Bura şirkətlərin maliyyə göstəriciləri və maliyyə mənbələrinə əlçatanlığı kimi mühüm məqamlar daxildir”.

Paylaş

Xəbər lenti

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Bu gün, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Bu gün, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Bu gün, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Bu gün, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Bu gün, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Bu gün, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Bu gün, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Bu gün, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Bu gün, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Bu gün, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Bu gün, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR