
Azərbaycanla Beynəlxalq Dəniz Təşkilatı (IMO) arasında potensial əməkdaşlıq müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"IMO-nun Baş katibi Arsenio Dominquez ilə görüşdük. Ölkəmizdə dənizçilik sahəsində həyata keçirilən yeniliklər və planlaşdırılan işlər haqqında məlumat verdik. Qarşılıqlı məqsədlərimizə nail olmaq üçün IMO ilə potensial əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.