
Tovuz rayonunda çayda tapılan meytin kimliyi müəyyən edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, meyit Düz Cırdaxan kənd sakini, 1950-ci il təvəllüdlü Valeh Rüstəmova aid olduğu müəyyən edilib.
Xatırladaq ki, meyit Tovuz şəhərində olan parkların birinin yaxınlığından axan çayda aşkarlanmışdı.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.