19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.
"AVESTA.AZ" xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.
Qeyd edək ki, U-19 turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub - 0:5.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.