ABŞ-ın Kornel Kollecinin dörd müəllimi Çinin Tsilin əyalətindəki parkda bıçaqlanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunub ki, müəllimlər Kornell Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gediblər.
Onlar parkda gəzinti zamanı bıçaqlı şəxsin hücumuna məruz qalıblar. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.
Nəşr qeyd edib ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.