
Fransanın paytaxtı Parisdə azərbaycanlı fotoqraf Reza Deqatinin fotosərgisi nümayiş olunub.
“AVESTA.AZ”un yerli bürosu bildirir ki, dünya şöhrətli fotoqrafın “Kamerunun Gözləri” fotosərgisi paytaxtın məşhur Paris Teatrında təşkil edilib.
Rəssamın Kameruna həsr etdiyi fotoları sərgi iştirakçılarını Kameruna yeni gözlə baxmağa imkan yaradır. Universallıq prinsipinə hər zaman vəfalı olan azərbaycanlı rəssamın fotoları sərgi iştirakçılarına Kameronu yenidən kəşf etməyə çağırır.
Xatırladaq ki, fotoqraf Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.