
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev çexiyalı həmkarı Milan Sedlaçeklə qarşıdakı Ukrayna üzrə Sülh Sammitini müzakirə edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ukraynalı diplomat bildirib.
“Çexiyanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Milan Sedlaçek ilə məhsuldar görüş keçirdim. [Görüşdə] Ukrayna-Çex Respublikası əlaqələrinin inkişafı və sabah İsveçrənin Bürgenştok şəhərində keçiriləcək Qlobal Sülh Sammiti ətrafında fikir mübadiləsi aparılıb”, – Husyev qeyd edib.
Xatırladaq ki, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdin təşkilatçılığı ilə keçiriləcək Ukrayna üzrə Sülh Sammiti 15-16 iyun tarixlərində “Bürgenstock Resort” hotelində baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.