
Ukrayna ordusu Xarkov əyalətinin Kazaçya Lopan qəsəbəsini Rusiya həbrçilərindən azad edib.
"Report" xəbər verir ki, bu barədə Derqaçev Şəhər Şurasının feysbuk səhifəsində bildirilib.
Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Kazaçya Lopan qəsəbəsinin əhalisini təxliyə edib. Qəsəbədə Ukrayna bayrağı ucaldılıb.
Bundan əvvəl Derqaçevin meri Vyaçeslav Zadorenko Rusiya hərbçilərinin qəsəbəni boşaltmağa başladığı barədə məlumat verib.
"Bizdə olan məlumata görə, Rusiya hərçiləri Kazaçya Lopandan Belqoroda qaçır, yerli əhalini təxliyə edirlər. Baş Qərargahdan rəsmi məlumat gözləyirik", - Zadorenko qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.