
Kot d’İvuarda ən böyük şəhəri olan Abidjanda iki gündən çox davam edən yağışlar nəticəsində azı 8 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “7 info” xəbər portalı məlumat yayıb.
Güclü yağışlar Abidjanda 8 nəfərin ölümünə, 300-dən çox insanın xəsarət almasına səbəb olub.
Qvineya körfəzinin sahilində yerləşən Abidjan Qərbi Afrikanın ən böyük meqapolislərindən biridir. Onun əhalisi təxminən 4,3 milyon nəfərdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.