“Qalib gəldiyimiz üçün xoşbəxtik”.
"Report"un məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya qalib gəldikləri (2:0) matçdan sonra deyib.
Mütəxəssis bir neçə qol şansından yararlana bilmədiklərini söyləyib: “Qələbə qazandıq və bir az rahatladıq. İndi növbəti qarşılaşmaya köklənməliyik. Hansı nəticənin olacağını birlikdə görəcəyik”.
Qeyd edək ki, Belçika millisi iyunun 26-da Ukrayna ilə üz-üzə gələcək.
AVRO-2024 iyulun 14-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.