
Biləsuvar rayonunda ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanı keçiriləcək.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, indiyədək bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.
Bu ildən isə proses artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.