
Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi bəlli olub.
"Report" xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.
Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.
Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.