
Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində veloyürüş keçiriləcək.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, verloyürüş Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Naftalan-Suqovuşan-Naftalan veloyürüşü 30 iyun 2024-cü il tarixdə, saat 09:00-da başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətində davam edəcək və finiş nöqtəsi Naftalan şəhərində başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.