1-07-2024, 12:46 594

ABŞ regionda sabitlik istəyirsə, Azərbaycanın maraqlarına uyğun davranmalıdır - TƏHLİL

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də Azərbaycanda səfərdə idi. Səfər əhəmiyyətli tarixə - həm Bakıda keçiriləcək COP29 ərəfəsinə, həm də Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişinin çox yaxın olduğu bir vaxta təsadüf edir. ABŞ rəsmisinin Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündə müzakirə olunan iki əsas məsələ də məhz bu məqamlarla bağlı idi.

Ceyms O’Brayn hələ Azərbaycana səfərə gəlməzdən əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir.

Bu, o deməkdir ki, Vaşinqton Bakının Cənubi Qafqazdakı rolunun və region üçün sülh sazişinin alternativinin olmadığını anlayır. Amma ABŞ bu məsələdə lazımi səy və dəstəyi göstərmir. Əgər Ağ Ev həqiqətən sülhdə maraqlı olsaydı, onda ciddi addımlar atar, bu istiqamətdə Azərbaycanın bütün maraqlarını müdafiə edərdi. Bu kontekstdə Ermənistanın “başının altına yastıq qoyulması” əvəzinə, sülh üçün təzyiq göstərilməsi, o cümlədən Bakının şərtlərinə uyğun olaraq Ermənistanın konstitusiyasının dəyişdirilməsinin tələb edilməsi daha səmərəli nəticə verə bilərdi. Görünən odur ki, Ağ Ev reallıqları anlasa da, dediklərində səmimi deyil və bölgədə “suların durulmasını” istəmir.

C.O’Brayn Bakıda media nümayəndələrinə açıqlamasında isə diqqətə çatdırıb ki, son illərin hadisələri Azərbaycana regionda siyasətin dəyişməsində mərkəzi rol oynamağa imkan verdi ki, bu da öz növbəsində sülhün bərqərar olmasına şərait yaradıb. ABŞ rəsmisi “son illərin hadisəsi” deyəndə, sözsüz ki, İkinci Qarabağ müharibəsi və onun nəticələrini, həmçinin o vaxtdan bəri baş vermiş digər hadisələri, o cümlədən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, separatçı rejimin ləğv edilməsi, sərhədin delimitasiya prosesinin başlanması, Bakı ilə İrəvan arasında birbaşa təmasların başlanmasını və sair nəzərdə tutur.

ABŞ Azərbaycanın gücünü yaxşı anlayır. Vaşinqton bilir ki, rəsmi Bakı nəinki ancaq regiona, həm də dünyada baş verən bir çox prosesə yön verən aktordur. Elə buna görə də ABŞ çalışır ki, Azərbaycanla “bütün körpüləri yandırmasın”. Çünki Azərbaycanla əlaqələrin zəifləməsi ABŞ-nin regional maraqları üçün heç də uyğun deyil.

Onun Azərbaycana ABŞ-nin birbaşa dəstəyini qadağan edən “907-ci düzəliş”i ikitərəfli əməkdaşlığa maneə hesab etməməsi barədə fikirləri bir daha göstərir ki, bəzi hallarda qərəzli və qeyri-obyektiv mövqeyinə baxmayaraq, ABŞ Azərbaycanla əlaqələrdə maraqlıdır. Amma əgər Vaşinqton Bakı ilə münasibətləri qorumaq və ya inkişaf etdirmək istəyirsə, daha səmimi davranmalıdır.

Diplomatın Azərbaycanın Avropa üçün mühüm qaz təchizatçısı olduğunu söyləməsi, həmçinin Bakı və Vaşinqton arasında regional təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə dedikləri bir daha göstərir ki, Ağ Ev üçün Azərbaycan mühüm partnyordur.

Azərbaycanın NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitə dəvət edilməsi o deməkdir ki, ABŞ əslində Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Amma dediyimiz kimi, bunun üçün rəsmi Bakının maraqları nəzərə alınmalıdır. Əlbəttə, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı xeyli dərəcədə həm də noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılıdır.

Ceyms O’Brayn jurnalistlərə açıqlamasında onu da dedi ki, Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır. “Bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqəni dəstəkləyir. Biz bu prosesdə dost kimi iştirak edirik”, - diplomat bildirib.

Öncə onu deyək ki, ABŞ və digər ölkələrdə Azərbaycan və Ermənistan nümayəndələrinin ikitərəfli görüşləri çox olub. Tarixi təcrübə onu deməyə əsas verir ki, belə görüşlər öz-özlüyündə ciddi nəticə üçün kifayət deyil. Görüşlər görüş xətrinə olmamalıdır. Real addımlar atılmalıdır. Bunun üçün Vaşinqton İrəvanı manipulyasiya etmək əvəzinə, onu sülh yoluna sövq etməlidir.

ABŞ rəsmisinin dediklərindən belə nəticəyə gəlmək olur ki, artıq Vaşinqton da Bakı və İrəvan arasında birbaşa təmasları qəbul edir. ABŞ-nin bu reallığı dəyişmək imkanı yoxdur. Odur ki, ən yaxşı variant, yəqin ki, sülh idealına və bu istiqamətdə atılan addımlara dəstək olmaqdır.

Dediyimiz kimi, səfər çərçivəsində Ceyms O’Brayn Ceyhun Bayramovla da görüşdü. Nazir görüş zamanı regiondakı son durum barədə həmsöhbətini məlumatlandırdı.

C.Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.

Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, konstitusiyaya dəyişiklik edilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Nazirin səsləndirdiyi fikirlər ABŞ üçün ciddi mesaj olmalıdır. C.Bayramov bir növ sülh üçün “yol xəritəsini” Vaşinqtona təqdim etdi. ABŞ həqiqətən sülh istəyirsə, bu “yol xəritəsi” ilə getməlidir. Bu isə Ermənistana yox, sülhə dəstəyi tələb etməlidir. Vaşinqton səmimidirsə, Azərbaycanın maraqlarına uyğun şəkildə davranmalıdır.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR