2-07-2024, 17:45 544

Türk dünyasının zəfər sammiti: Şuşadan veriləcək mesajlar - ŞƏRH

Türk dünyasının diqqəti növbəti dəfə Şuşaya yönələcək. Belə ki, iyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə sammit baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər.

Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi bir hadisədir. Bu azad olunmuş ərazilərdə keçiriləcək ilk beynəlxalq səviyyəli sammitdir. Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə ediləcəyi sammit ölkə tarixində özünəməxsus yer tutur. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd edir. Yəni bu tədbirin Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir.

Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir. “Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq. Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Şuşada baş tutacaq Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyəti də dəvət edilib ki, bu da tarixi önəm kəsb edir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı ildə bir dəfə Zirvə görüşünün keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdi: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.

Göründüyü kimi, artıq TDT beynəlxalq güc mərkəzinə çevrilir və dünya gücləri də bunu qəbul etməyə başlayıblar.

Bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addım sayıla bilər. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq.

Şuşa sammiti, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə vahid qardaşlıq dəstəyinin mesajı, dövlətimizin türk dövlətləri arasında əməkdaşlıq mərkəzinin avanqardı olduğunu nümayiş etdirəcək.

Şuşa sammitindən sonra bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq.

TDT sammitinin məhz Şuşada keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və dərin strategiyasının tərkib hissəsidir. TDT-nin Şuşa sammitini ümumilikdə türk dünyasının zəfər sammiti də adlandırmaq olar və bu, təşkilatın perspektivi üçün əhəmiyyətlidir. Bu sammit Türk dünyasının məhz Şuşada – Qarabağda daha sıx birləşməsinə, türk coğrafiyasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verəcək.

Əminliklə deyə bilərik ki, tədbirlərin keçirilməsi nəticəsində iştirakçı dövlətlər türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək imkanı əldə edəcəklər. Əminliklə deyə bilərik ki, bu sammitlə Türk Dövlətləri Təşkilatı gələcəkdə daha da güclənəcək və dünyada söz sahibi olacaq.

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR