Bakıda ağır yol qəzası baş verib.
“AVESTA.AZ”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1962-ci il təvəllüdlü Əhmədov Fəxrəddin Əhməd oğlu və 1962-ci il təvəllüdlü Abdullayev İlqar Ənvər oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.