
Bakıda azı 2 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Qeybətov Vasif Valeh oğlu və 1995-ci il təvəllüdlü Məmmədov İlqar Telman oğlu kütləvi dava zamanı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.