
İki gün əvvəl Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb.
Bu barədə “Report”a diplomatik mənbələr məlumat verib.
Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.