
Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya yeni nümayəndə göndərəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bildirib.
“NATO-nun yeni yüksək rütbəli nümayəndəsi Ukraynaya gedəcək. O, Ukraynanın alyansla institusional əlaqələrini dərinləşdirəcək”, o vurğulayıb.
Onun sözlərinə görə, alyansın nümayəndəsi həmçinin NATO rəhbərliyi ilə Ukrayna hökumət rəsmiləri arasında qarşılıqlı əlaqələri koordinasiya edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.