
Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində təmsil edəcək tamblinqçilər müəyyənləşib.
"AVESTA.AZ" Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda məşqçi Adil Hüseyn-zadənin rəhbərliyi altında Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov iştirak edəcək.
Hakim kimi isə Rahib Əliyev fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-13-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.