10-07-2024, 16:31 200

Türkiyə-NATO münasibətləri pisləşir? - Ərdoğandan mühüm mesaj - TƏHLİL

NATO dünyanın əsas təhlükəsizlik təşkilatıdır. Alyansın 32 üzvü var. Türkiyə də onlardan biridir. Hazırda NATO bir hərbi blok olsa da, bəzən Alyansa üzv ölkələr arasında fikir ayrılıqları da olur. Xüsusilə, getdikcə güclənən qütbləşmə fonunda digər aktorlar kimi NATO üzvləri də ayrılıqda öz tərəflərini seçir, digərlərinin ambisiyalarının qurbanına çevrilməməyə çalışırlar.

NATO ölkələri arasında Türkiyənin xarici siyasət kursu xüsusilə diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, NATO Türkiyənin gözləntilərini doğrultmur.

O bildirib ki, bu, bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.

Dediyimiz kimi, Türkiyə NATO-nun əsas tərəfdaşlarından biridir. Alyansın xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsində Ankara mühüm rol oynayır. Buna baxmayaraq, Türkiyənin NATO-nun əsas rəqibi olan Rusiya ilə də normal münasibətləri var. Hətta bir çox hallarda Ankara üçün Moskva daha yaxşı partnyor olur, nəinki NATO.

Çinlə bağlı da eyni şeyi söyləmək olar. NATO Çinin güclənməsini istəmədiyi halda, Türkiyə bu ölkə ilə tərəfdaşlıq əlaqələrini müxtəlif səviyyələrdə davam etdirir.

Elə İranla da bağlı NATO-nun əsas üzvləri – ABŞ və Türkiyənin mövqeləri xeyli fərqlidir.

Türkiyə zaman-zaman təşkilatın ümumi tələblərinə və fəlsəfəsinə uymayan, öz milli maraqlarını üstün tutan, bəlkə də, yeganə aktordur. Bu, hər şeydən əvvəl Türkiyənin gücü, qüdrəti, qlobal geosiyasi proseslərdəki rolu ilə bağlıdır.

İkincisi, NATO üzvləri, o cümlədən ABŞ Türkiyənin mövcud gücü və statusu ilə barışır. Ona görə də Ankaranın xarici siyasətindəki bəzi məqamlar, o cümlədən Moskva ilə münasibətlər NATO-nu qane etməməsinə baxmayaraq, qarşılıqlı əməkdaşlıq davam edir. Hərçənd, zaman-zaman rəsmi Ankaraya edilən təzyiqlər də məhz bu dövlətin müstəqil addımları ilə bağlıdır. NATO, əlbəttə, Türkiyənin Rusiya ilə münasibətlərini qəbul etmək istəmir.

Əslində, NATO ilə Türkiyə arasındakı fikir ayrılıqları, Ərdoğanın dediyi kimi, təkcə Yaxın Şərqlə bağlı deyil. Tərəflərin Şərqi Avropa ilə bağlı mövqeləri də fərqlidir: NATO Rusiyaya qarşıdır. Türkiyə isə mümkün qədər balansı davranmağa çalışır.

Həmçinin, Cənubi Qafqaz regionu ilə bağlı da tərəflər arasında ziddiyyət var. Belə ki, rəsmi Ankara Bakı və İrəvan arasındakı sülhü dəstəkləyərək mümkün regional əməkdaşlığa töhfə verməyə çalışır. NATO isə Ermənistanla əməkdaşlığı gücləndirərək bu dövlətin “başının altına yastıq qoyur”.

Xüsusilə, ABŞ ilə Ermənistan arasında güclənən əlaqələr, habelə birgə hərbi təlimlər region üçün yaxşı nə isə vəd etmir. Bu, həm də Türkiyənin regional maraqlarının təhdid altına atılması deməkdir.

Məsələnin başqa bir cəhəti perspektivdə NATO-nun parçalanması ilə bağlıdır.

Bu da sirr deyir ki, Ukraynadakı müharibə NATO daxilində müəyyən fikir ayrılıqları yaratdı. Ayrı-ayrı NATO üzvlərinin Ukrayna ilə bağlı mövqeləri heç də eyni deyil. Üstəgəl, üçüncü dünya müharibəsi ehtimalı getdikcə artır. Bu ssenari baş verərsə, Türkiyə bir NATO üzvü kimi Rusiyaya qarşı olmalıdır. Bu isə ən azı indiki an üçün inandırıcı görünmür.

Beləliklə, Türkiyə ilə NATO arasında fikir ayrılıqlarının gələcəkdə daha da güclənməsi və Alyansın parçalanması istisna deyil.

Paylaş

Xəbər lenti

Ələkbər Yasamallı Rəşad Dağlının həbs xəbərini necə almasından DANIŞDI Bu gün, 00:48 Azərbaycan və Türkiyə Qərbin planlarını puç etdi - Bizdən nə danışırlar? Bu gün, 00:48 Bu bürclər çoxdan gözlənilən xoşbəxtliyə çatacaqlar Bu gün, 00:48 Biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük Dünən, 23:48 Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib Dünən, 23:48 TDT Ağsaqqallar Şurası Şimali Kiprdə toplanacaq Dünən, 23:48 Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏR Dünən, 23:48 Azərbaycanda polkovnik-leytenant vəfat etdi Dünən, 23:48 Sevindirici haldır ki, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri yaradılıb Dünən, 22:48 Bakıda iki qız itkin DÜŞDÜ Dünən, 22:48 Azərbaycan Prezidenti: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik Dünən, 22:48 Roma Papası Fransisklə vida mərasiminin ilkin tarixi açıqlandı Dünən, 21:48 İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır Dünən, 21:48 Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib Dünən, 21:48 Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib Dünən, 21:48 İlham Əliyev: Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir Dünən, 21:48 Azərbaycan Prezidenti: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk Dünən, 21:48 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır" Dünən, 21:48 Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb Dünən, 20:48 Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb Dünən, 20:48 Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib Dünən, 20:48 Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər Dünən, 20:48 Bu şəxslərə 2500 AZN veriləcək - İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaq Dünən, 19:48 Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub Dünən, 19:48 Hava ilə bağlı XƏBƏRDARLIQ Dünən, 19:48 Qızılın qiyməti tarixi maksimumu yenilədi Dünən, 19:48 Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib Dünən, 19:48 Repetitor və hazırlıq kursları olmasa, nəticələr necə olar? Dünən, 18:48 Orxan Fikrətoğluya vəzifə VERİLDİ - YENİ MÜŞAVİR Dünən, 18:48 "Araz-Naxçıvan"ın iki futbolçusu zədələrini sağaldaraq məşqlərə başlayıblar Dünən, 18:48 Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər Dünən, 18:48 Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verdi Dünən, 18:48 ŞAD XƏBƏR! Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək Dünən, 17:48 Satıcıya saxta 100-lük verdi, daha sonra bıçaqladı Dünən, 17:48 Kişinin qapısını timsahlar döydü Dünən, 17:48 Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesindən danışıb Dünən, 17:48 Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərlənib Dünən, 17:48 Milli Məclisdə yeni vəzifəyə təyin edilən şəxs keçmiş "KVN"çi imiş Dünən, 17:48 Azərbaycanlı FIDE hakimi vəfat edib Dünən, 17:48 Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq Dünən, 16:48 Azərbaycan səfirliyinin avtomobili Vilnüsün mərkəzində qəzaya düşüb Dünən, 16:48 Rusiyada 30-dan çox miqrant hərbi komissarlığa aparılıb Dünən, 16:48 Plastik cərrahiyyə ilə bağlı sertifikasiya verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul edib Dünən, 16:48 Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK Dünən, 16:48 Türkiyə vətəndaşları Bakıda villalardan tapançalar, milyonluq qızıl və nağd pullar oğurlayıblar Dünən, 16:48 Papa Fransiskin ölümündən əvvəl son proqnozu açıqlanıb Dünən, 16:48 Milli Məclisdə iki yeni sektor müdiri təyin edilib Dünən, 16:48 Bu il neçə stansiyanın inşa ediləcəyi məlum oldu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR