Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” beynəlxalq kart təşkilatı arasında ictimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Rəşad Orucovun rəhbərliyi ilə nümayəndə heyəti “Visa”nın MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə görüş keçirib. Görüş çərçivəsində ictimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının tətbiqi, eləcə də rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının qarşısının alınması kimi məsələlər müzakirə olunub. Görüşdə həmçinin qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən və perspektivdə olan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.