12-07-2024, 15:59 675

“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə keçirilən və 60-dan çox dövlət qurumunun 80-dən çox səlahiyyətli nümayəndəsinin iştirak etdiyi “Rəqəmsal liderlik” proqramının iyulun 9-10-da növbəti görüşü Şuşa şəhərində baş tutub.

Tədbiri giriş nitqi ilə açan İRİA-nın sədr müavini Rəşad Xalıqov budəfəki “Rəqəmsal liderlik” görüşünün Şuşada keçirilməsinin rəmzi əhəmiyyətini vurğulayıb:

”Şuşa Zəfər tariximizin simvoludur, bizim üçün ilham mənbəyidir. Məqsədimiz ortaq səylərimizlə Azərbaycanın rəqəmsallaşmasını yeni zirvələrə yüksəltməkdir”.

Daha sonra mövzular üzrə sessiyalara start verilib. İlk olaraq İRİA-nın Monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” mövzusunda çıxış edib. Çıxışında o, ölkənin rəqəmsal inkişaf konsepsiyanın təməl sütunları olan rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes, o cümlədən konsepsiyanın Əsas Hədəf Göstəriciləri və əldə olunan irəliləyiş barədə ətraflı məlumat verib. İ. Salmanov bildirib ki, indiyə qədər “Rəqəmsal liderlik” proqramı çərçivəsində vətəndaşyönümlü xidmətlər göstərən 7 dövlət qurumunun rəqəmsal transformasiya üzrə yol xəritələri razılaşdırılıb və yaxın zamanda icrasına başlanılacaq. “Bu prosesə cari ilin mart ayından ƏƏSMN ilə başladıq və ilin sonuna kimi 10 dövlət qurumunun rəqəmsal yol xəritəsinin tamamlanması nəzərdə tutulub”, – deyə, o qeyd edib.

Növbəti sessiyada İRİA-nın Data təhlili şöbəsinin müdiri Behbud Ramazan data keyfiyyəti və data əsaslı qərarvermə sahələrində İRİA-nın qabaqcıl təcrübəsi haqqında təqdimat edib. Belə ki, İRİA 5 dövlət qurumu ilə data keyfiyyətinin artırılması məqsədilə finləşmə prosesinin təkmilləşdirilməsi layihəsini həyata keçirib. Bu prosesdə müxtəlif dövlət qurumlarının məlumat bazaları arasında müqayisəli təhlillər aparılmış və nəticə etibarilə datalar dürüstləşdirilib və zənginləşdirilib.

B.Ramazan, eyni zamanda, İRİA-nın data əsaslı qərarvermə istiqamətində qurumlarla fəaliyyətini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Müxtəlif dövlət qurumları üçün başlanğıc olaraq həm data mühəndisliyi, həm də analitik işlərin görülməsi, o cümlədən hesabatlılıq, audit və KPI göstəricilərinin ölçülməsi və real zamanda izlənilməsi üçün platforma hazırlanıb”. Əlavə olaraq, İRİA rəsmisi qeyd edib ki, bu mexanizm qurumlarda data əsaslı effektiv qərarvermə prosedurlarının sürətlənməsinə mühüm töhfə verəcək.

Proqramın ikinci günündə Strateji tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov “Rəqəmsal şəxsiyyət vəsiqəsi” mövzusu ilə çıxış edib. O, vətəndaşların “mygov” platforması üzərindən 4 fiziki sənədin eyni hüquqi əsasa malik rəqəmsal analoqundan istifadəsinin tezliklə mümkün olacağını bildirib. Təqdimatında o, həmçinin “mygov”dan əldə olunan məlumatların həqiqiliyinin yoxlanılması üçün tətbiq - “mygov Checker” haqqında ətraflı məlumat verib: “Bu tətbiqin xüsusiyyəti ondan ibarətdir ki, ‘mygov’la QR kod əsasında təqdim edilən məlumatın həqiqliyini təsdiqləmək mümkündür”.

Tədbirin ikinci gününün digər sessiyalarında beynəlxalq səviyyəli data mütəxəssisləri Vüsal Dadalov və İqbal Səfərov müvafiq olaraq “Data Lakehouse” və “Data əsaslı idarəetmə” mövzularında, o cümlədən İRİA-nın Data mühəndisliyi şöbəsinin baş mütəxəssisi Həsənağa Əliyev “Açıq məlumatlar portalı” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlar interaktiv sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, Şuşada baş tutan görüş “BESTCOMP Group” şirkətinin tərəfdaşlığı ilə keçirilib. Bundan əvvəlki “Rəqəmsal liderlik” görüşlərində, əsasən, vörkşoplar keçirilib və müxtəlif dövlət qurumlarını təmsil edən rəqəmsal transformasiya üzrə rəhbər şəxslərin bu mövzuda 500-dən çox təklifi toplanıb. Təkliflər müvafiq klasterlərə uyğun kateqoriyalaşdırılıb və rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması zamanı nəzərə alınıb.

“Rəqəmsal liderlik” proqramının əsas məqsədi rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsi, o cümlədən rəqəmsallaşma sahəsində beynəlxalq rəqabətliliyin artırılmasına töhfə verməkdir.

Paylaş

Xəbər lenti

Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48 Leyla Əliyeva "Uşaqların rifahına investisiya" Ümumdünya Sammitindən paylaşım edib Dünən, 23:48 Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib Dünən, 23:48 ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb Dünən, 23:48 Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi Dünən, 23:48 Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Dünən, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Dünən, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Dünən, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Dünən, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Dünən, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Dünən, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Dünən, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Dünən, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Dünən, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Dünən, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Dünən, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Dünən, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Dünən, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Dünən, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Dünən, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Dünən, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Dünən, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Dünən, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Dünən, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Dünən, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Dünən, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Dünən, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Dünən, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Dünən, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Dünən, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Dünən, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Dünən, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Dünən, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Dünən, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Dünən, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Dünən, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Dünən, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Dünən, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Dünən, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Dünən, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Dünən, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Dünən, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Dünən, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR