12-07-2024, 18:15 580

Kriptovalyuta bazarında qiymətlərin ciddi enməsinin əsas səbəbləri açıqlanıb

Bu ilin iyul ayında kriptovalyuta bazarında mühüm hadisələr baş verib. İyulun 3-dən etibarən bitkoin son 4 ay ərzində ümumilikdə 25 % dəyər itirərək 53 min ABŞ dollarına enib. Bitkoinin bu cür enişi ilə yanaşı, digər altkoinlər də ciddi dəyər itirib.

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev “Report”a bu vəziyyətin əsas səbəblərini izah edib.

Onun sözlərinə görə, əsas iki fundamental səbəb olub:

“Birincisi, "Mt. Gox" kriptovalyuta birjasının kompensasiya ödənişləri ilə bağlıdır. 2014-cü ildə iflas edən və dünyanın ilk və ən populyar bitkoin birjalarından biri olan "Mt. Gox"un istifadəçilərinə kompensasiya ödənişlərinin elan edilməsi, kriptovalyuta bazarına təsir edən əsas faktorlardan biridir. "Mt.Gox" haker hücumu nəticəsində 850 min BTC-dən çox itkisi olduğu üçün 2014-cü ilin fevral ayında fəaliyyətini dayandırıb. Bunlardan təxminən 200 min BTC sonradan bərpa edilib. Bu hadisədən sonra 24 mindən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyirdi. Hazırkı vəziyyətdə müştərilərə 142 min bitkoin, 143 min bitkoin "cash" və 69 milyard yapon yen ödəniləcəyi vəd edilib. Bu təzminat ödənişi prosesi Bitbank, SBI VC Trade, Bitstamp, Kraken, BitGo birjaları vasitəsilə həyata keçiriləcək. Bu aktivlərin geri qaytarılması bazarda kütləvi satışlara səbəb olacağı ehtimalını yaradıb və kriptovalyuta bazarında qiymətlərə mənfi təsir göstərib. Bu vəziyyət psixoloji faktora əsaslanır və sadəcə ön satış xəbərinin bazara necə təsir edəcəyinin bir nümunəsidir”.

Ekspertin sözlərinə görə, ikinci əsas fundamental səbəb Almaniya hökumətinin bitkoinlərin satışı qərarı ilə bağlıdır: “Almaniya hökumətinin müsadirə edilmiş 38 826 BTC-ni satmaq qərarı, kriptovalyuta bazarına mənfi təsir edən digər əsas amildir. Bu xəbərin "Mt. Gox" birjasının kompensasiya ödənişləri elan edildiyi vaxtla üst-üstə düşməsi, bazardakı panikanı artırıb və qiymətlərin enməsini daha da sürətləndirib”.

E.Quliyev bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin, iyulun 10-da Senatda çıxışı zamanı, bitkoinin yenidən 59 min ABŞ dollarını keçməsinə səbəb olub: “C.Pauel, Bank Komitəsinin dinləmələri zamanı qeyd edib ki, ABŞ iqtisadiyyatı müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, uçot dərəcələrinin aşağı salınması məsələsi getdikcə daha məcburedici xarakter alır. C.Pauel bildirib ki, son aylarda inflyasiya yaxşılaşır ki, bu da monetar siyasətin yumşaldılması üçün əsas yaradır. Bu, yaxın aylarda faiz dərəcəsinin aşağı endirilməsi ehtimalını artırır. FED-in faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiyməti qalxacaq”.

Nəticə olaraq, onun sözlərinə görə, kriptovalyuta bazarında baş verən bu hadisələr bazarın gələcəkdə necə inkişaf edəcəyinə dair vacib ipucları verir: "Mt. Gox" birjasının kompensasiya ödənişləri və Almaniya hökumətinin satış qərarı, bazarda qısamüddətli panika yaratmış və qiymətlərin enməsinə səbəb olub. Bununla yanaşı, FED-in monetar siyasətindəki dəyişikliklər, bazarda müsbət dinamikanın yenidən yaranmasına səbəb ola bilər. Kriptovalyuta bazarının gələcək perspektivlərini dəyərləndirərkən, bu cür fundamental hadisələri nəzərə almaq vacibdir”.

Paylaş

Xəbər lenti

Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Bu gün, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Bu gün, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Bu gün, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Bu gün, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Bu gün, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Bu gün, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Bu gün, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR