15-07-2024, 20:15 550

ABŞ-Ermənistan hərbi təlimləri - Hədəf regionda müharibə və sabitliyin pozulmasıdır - ŞƏRH

Qərb ölkələri, başda Fransa və ABŞ hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını mane olmağa çalışır. Regionda gərginlik yaradılması, revanşist qüvvələr arasında müharibə əhavli-ruhiyyəsinin saxlanılması hədəf götürülüb. Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimlərinə də ancaq bu prizmadan yanaşmaq olar. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər. “Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm”, - S.Papikyan qeyd edib. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Qeyd edək ki, ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi, bu isə artıq ikincidir. Şübhəsiz ki, məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Təlim ABŞ-ın Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməsidir.

Maraqlıdır ki, Birləşmiş Ştatlar bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən də İrəvanla hərbi təlimlərə start verir. Ermənistan 44 günlük müharibə və 2023-cü ilin sentyabrın 19-20-də keçilən antiterror əməliyyatları ilə Azərbaycan tərəfindən məğlub duruma salınıb. Azərbaycan 30 illik işğala son qoyaraq torpaqları üzərində suverenliyini bərpa edib. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Bəs bu hərbi təlimlər nəyə xidmət edir? Səbəb bəllidir? ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Bu yolda isə yenə də ermənilərdən istifadə olunur. Təsadüfi deyil ki, artıq Rusiya da məsələyə reaksiya verib və cavab addımlarının sərt olacağını açıqlayıb. ABŞ strateqləri bu təlimləri keçirməklə ümid edirdilər ki, başı Ukraynada müharibəyə qarışan Kreml susacaq.

Düzdür, son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-a inteqrasiya etmək xətti tutub. Ermənistan parlamentinin spikerini Rusiyada keçirilən tədbirə buraxmadılar. Digər yandan isə 102-ci bazanın çıxarılması gündəmə gəlib. Bundan əlavə, Ermənistan baş nazirinin qorunmasını ABŞ-nin xüsusi xidmət orqanlarının həyata keçirilməsi barədə iddialar, Ermənistanın KTMT-dən çıxacağı barədə fikirlər səsləndirməsi Rusiyanı təbii ki, qıcıqlandırır. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. Bu dəfə ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Rusiya xarici işlər nazirinin müavininin “baş verənlər Ermənistana baha başa gələcək” açıqlaması xəbər verir ki, Rusiya Ermənistanı cəzalanacaq. Yəni, Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq, Ermənistana qarşı tədbir görəcək.

İlk növbədə onu deyə bilərik ki, hərbi fəaliyyətlər və keçirilən təlimlər həmin siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaqlar arayışlarının nəticəsidir.

İkincisi, ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır. Militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirmə, bu ölkədə revanşist meylləri gücləndirmək hədəf götürülüb.

Üçüncüsü, bir tərəfdən sülh çağırışı edən Amerika o biri tərəfdən belə addımlar atmaqla bir daha təsdiq edir ki, səsləndirdiyi bəyanatlarla səmimi omayıb. Otuz illik mövqeyində qalmaqdadır. Bu mövqe də işğalçının yanında omaq və münaqişlərin dondurlmuş vəziyyətdə saxlanılmasıdır.

Dördüncüsü, Ermənistanla təlimlər 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamı kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar.

Beşincisi, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuzda bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır.

Bütün bunlara isə təəssüf ki, regionun nəhəng dövləti – İran susqunluq nümayiş etdirir. Rusiya arada bəyanatlar verdiyi halda, rəsmi Tehran ümumiyyətlə səsini çıxartmır. NATO artıq onun sərhədlərinə yerləşir, İran isə susur.

Bütün bunlardan o nəticəyə gəlmək olar ki, Ermənistanın Qərbə yaxınlaşması, NATO ilə əməkdaşlığı ABŞ ilə hərbi əlaqələri Moskvanın Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb olacaq. Görünən odur ki, Vaşinqton Ermənistanla ilk yola çıxıb. Gözləmək olar ki, Rusiya Ermənistana qarşı iqtisadi, siyasi və enerji sahəsində ciddi sanksiyalar tətbiq edərək təzyiqləri artıracaq. Ermənistan da bu proseslərdən yenə məğlub çıxacaq. Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu gərginliyə sürükləyir.

Paylaş

Xəbər lenti

"Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb Bu gün, 08:48 Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb Bu gün, 08:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar Bu gün, 08:48 Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb Bu gün, 08:48 Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR