17-07-2024, 11:40 610

Azərbaycanda işlənmiş avtomobil alanlar yürüş fırıldağından necə qoruna bilər?

Azərbaycanda işlənmiş avtomobil alanların ehtiyat etdikləri məsələlərdən biri maşının göstərilən yürüşünün ("probeq") orijinal olub-olmamasıdır.

Sirr deyil ki, təzə avtomobil almağa imkanı çatmayanlar arzularını köhnə maşın almaqla reallaşdırır və bu zaman bacardıqca kilometrajı az olan (150-200 min km-dən çox getməmiş) nəqliyyat vasitəsi əldə etməyə çalışır.

Bunu avtomobilini satmağa çalışanlar da yaxşı bilir və maşını satışa çıxarmazdan əvvəl onun yürüşünü azaltmağa çalışır. Bəs bu cür fırıldaqdan necə qorunmaq olar? Kilometrajı dəyişmək bazara necə təsir edir? "AVESTA.AZ" bununla bağlı araşdırma aparıb.

Avtomobil bazarı üzrə ekspert Elnar Rzayev deyir ki, yürüşün saxta olub-olmadığını yoxlamaq üçün bir sıra üsullar var: "Məsələn, Azərbaycanda rəsmi dilerlərə məxsus servislərdə hər bir avtomobillə bağlı elektron tarixçə olur. Bu tarixçədə avtomobilə hansı kilometrajda hansı texniki qulluqların edildiyi qeyd olunur və beləcə maşının real olaraq neçə km hərəkət etdiyini bilmək olur. Həmin məlumatlar avtomobilin sahibindəki servis kitabçalarında da olur və onların hesabına "probeq"in orijinal olub-olmadığını öyrənmək mümkündür".

Ekspertin fikrincə, yürüşün saxtalaşdırılması istənilən halda avtomobil bazarına mənfi təsir edir, işlənmiş maşınların sahiblərinə inamsızlıq yaradır, maşınların real dəyərindən baha qiymətə alınmasına və maliyyə itkisinə səbəb olur: "Yəni, avtomobil alıcıları faktiki istifadə müddətini və vəziyyətini öyrənə bilmədikləri üçün alış-verişdə tərəddüd edirlər. Etibarsızlıq həm də bazarda avtomobil qiymətlərinin aşağı düşməsinə və alıcıların daha diqqətli olmasına gətirib çıxarır. Avtomobil alıcıları kilometrajı geri çəkilmiş avtomobillər üçün daha yüksək qiymət ödəyirlər, lakin avtomobilin faktiki texniki vəziyyəti ilə bağlı yanlış təsəvvür əldə edirlər. Bu isə alıcıların maliyyə itkilərinə səbəb olur. Satıcılar da saxta kilometrajlı avtomobilləri satmaqda çətinlik çəkirlər və bazarda nüfuzlarını itirirlər. Kilometrajın geri çəkilməsi qanunsuz hərəkət olduğuna görə, bununla məşğul olan şəxslər ciddi problemlərlə üzləşə bilərlər".

E.Rzayev kilometrajı geri çəkməklə bağlı müxtəlif şəxslərin göstərdiyi xidmətin qiymətinin standart olmağını da bildirib: "Bunun xərci bir neçə amildən asılıdır: "Məsələn, müasir avtomobillərdə mürəkkəb elektron sistemlər var və onlarda kilometrajı geri çəkmək çətin və bahalıdır. Köhnə modellərdə bu, asan və ucuzdur. Müasir avtomobillərdə kilometrajı geri çəkmək üçün xüsusi proqramlar və cihazlar satılır. Bu cihazların qiymətləri 100 manatdan 1 000 manata qədər və daha yüksək olur. Köhnə avtomobillərdə isə mexaniki müdaxilə ilə kilometrajı geri çəkmək mümkündür. Bəzi peşəkarlar bu xidməti göstərir və onların qiyməti xidmətin mürəkkəbliyinə görə dəyişir, müasir avtomobillərdə 100-500 manat və yaxud daha çox ola bilər. Mexanik müdaxilənin qiyməti isə (köhnə avtomobillər üçün) 50-200 manatdır. Kilometrajı geri çəkmək qanunsuz olduğuna görə, bu əməliyyatı yerinə yetirən şəxslər əlavə təhlükəsizlik tədbirləri görə və gizliliyi təmin etmək üçün əlavə xərclər çəkə bilər".

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR