
Silahlılar Nigerin cənub-qərbindəki Tillaberi bölgəsində yerləşən Dosso Kurequ kəndinə hücum ediblər.
Bu barədə “AVESTA.AZ” “Agence France-Presse” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, terrorçulardan ibarət dəstə motosikletlərlə əhalinin məskunlaşdığı əraziyə gəlib və kəndliləri öldürdükdən sonra mal-qaranı oğurlayıblar.
Hazırda hökumət ordusunun bölmələri yaraqlıların izinə düşərək onları məhv etməyə çalışır.
Qeyd edək ki, Tilaberi bölgəsi üç ölkə ilə sərhəd zonada (Burkina Faso, Mali və Nigerin qovşağında) yerləşir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.