14-09-2022, 21:00 893

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "AVESTA.AZ"a verilən məlumata görə, bununla bağlı Ümumdünya Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.

Bildirilib ki, yarışa hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib.

Naxçıvan Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılıb, FIDE-nin standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov olimpiadaya yüksək səviyyədə hazırlığa görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli turnirlərin da təşkil olunduğunu, Naxçıvan Şahmat Mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirib, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışıb.

Vasif Talıbov müşavirədə aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında təşkil olunacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb Bu gün, 13:48 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı Bu gün, 13:48 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb Bu gün, 13:48 Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib Bu gün, 13:48 Bu rayonda məktəblər TƏMİR OLUNACAQ Bu gün, 13:48 İlon Mask Zelenskini istefa verməyə çağırdı Bu gün, 13:48 İranla müharibə yenidən alovlana bilər: ABŞ-nin planında nəhəng bomba Bu gün, 13:48 "Kızılcık Şerbeti"ni tərk edən aktrisa yenidən qayıdır Bu gün, 13:48 96 yaşlı qadın 18 yaşlı bəylə evləndi Bu gün, 13:48 ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub Bu gün, 13:48 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı Bu gün, 12:49 SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 12:49 Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq Bu gün, 12:49 Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 12:48 İstanbuldakı leysandan sonra MƏNZƏRƏ - 50-dən çox avtomobil tərsinə çevrildi Bu gün, 12:48 Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır Bu gün, 12:48 Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir Bu gün, 12:48 Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib Bu gün, 12:48 İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub Bu gün, 12:48 8 Noyabr-da yolu bağlayan yük maşını ərazidən aparıldı Bu gün, 12:48 İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Bu gün, 11:48 İtaliya hərbçiləri Azərbaycana səfər edib Bu gün, 11:48 Navainin Kişineudakı konserti təxirə salınıb Bu gün, 11:48 Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib Bu gün, 11:48 Brilliant Dadaşovadan nənəsi ilə bağlı paylaşım: "Hicabsız azərbaycanlı qızlar..." Bu gün, 11:48 Gəncin kanalizasiyaya düşərək ölümü ilə bağlı təqsirləndirilən sahə rəisinin 5 il müddətə azadlıqdan məhrum edilməsi istənilib Bu gün, 11:48 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar? Bu gün, 11:48 Çempionlar Liqasında yeni rekord: Bir turda 78 qol vuruldu Bu gün, 11:48 Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir Bu gün, 11:48 Nəvai Qazaxıstanda iki aylıq həbs edilib Bu gün, 11:48 AQEM-in VII Zirvə görüşündə nələr müzakirə ediləcək? Bu gün, 11:48 Mourinyo Endrikin "Milan"a keçidinə mane oldu Bu gün, 10:48 Neftimiz 4 dollara yaxın ucuzlaşıb Bu gün, 10:48 Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu Bu gün, 10:48 Dərnəgül dövrü BİTİR: Tikinti materialları ucuzlaşır? Bu gün, 10:48 Bu gün tanınmış akademik Xudu Məmmədovun anım günüdür Bu gün, 10:48 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər Bu gün, 10:48 Dünya bazarında qızıl və gümüş bahalaşdı Bu gün, 10:48 İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü Bu gün, 10:48 Türkiyədə 48 vilayətdə "sarı" və "narıncı" XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür Bu gün, 09:48 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib Bu gün, 09:48 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 09:48 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş Bu gün, 09:48 İnsan 150, hətta 500 il yaşaya bilərmi? - Alimlərdən cavab Bu gün, 09:48 Navainin saxlanılması ilə bağlı DETALLAR - Onu nə gözləyir? Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR