
Sabahdan məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul sistemi müvəqqəti dayandırılır.
"AVESTA.AZ" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi sentyabrın 14-ə kimi aparılıb.
Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq.
Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.