
Sentyabrın 5-i saat 18:00-da 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq.
Bu barədə "AVESTA.AZ"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Valideynlər 9 sentyabr 2022-ci il saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi portalı vasitəsilə həyata keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.