1-08-2024, 17:20 556

Azərbaycanda tikintiyə icazə üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclası giriş sözü ilə açan Komitə sədrinin I müavini, İşçi qrupun rəhbəri Namiq Hümmətov ötən illər ərzində tikintiyə icazələrin verilməsi prosesində edilən mühüm dəyişikliklər və bu məqsədlə yaradılan elektron icazə portalından, həmçinin qurumlararası əlaqələrin əhəmiyyətindən danışıb.

O, bu ilin 6 ayı ərzində bütün növ obyektlərin tikinti və istismarına icazə prosesinin artıq yalnız elektron qaydada, Komitənin yaratdığı "Bir Pəncərə" prinsipi əsasında aparıldığını qeyd edib.

İclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev də çıxış edərək, "Tikintiyə icazələrin verilməsi" İşçi qrupunun 2018-ci ildən etibarən dinamik fəaliyyəti nəticəsində tikinti sektorunda islahatların həyata keçirilməsinə müvəffəq olduğunu qeyd edib. O, müvafiq sahədə müasir çağırışlara cavab verən yenilikləri tətbiq etmək məqsədilə yeni Yol Xəritəsinin hazırlandığını diqqətə çatdırıb, əlavə edib ki, belə bir təqdimatın keçirilməsi həm sahibkarların tikinti sektorunda baş verəcək mühüm yeniliklərlə hazırlıqlı olmasına, həm də yeni təşəbbüslərin hazırlanmasında biznes nümayəndələri və qeyri-hökumət təşkilatlarının aktiv iştirakına şərait yaratmaqdır.

Tədbirdə daha sonra çıxış edən Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, İşçi qrupun rəhbərinin müavini Read Qasımov “Tkintiyə icazələrin verilməsi sahəsində təkmilləşmələr və kommunikasiya üzrə Yol Xəritəsi"nin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. O, bildirib ki, proqramda tikinti sahəsində mövcud prosedurların və razılaşdırma mexanizminin təkmilləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi, məlumatlara əlçatanlığın və tikintiyə dair tələblərin ictimaiyyətə açıqlığının bir mənbədən təmin olunması, qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, habelə gələcəkdə Binaların İnformasiya Modelləşdirilməsinə (BİM) keçidin təmin edilməsi nəzərdə tutulur. R.Qasımov həmçinin Yol Xəritəsinin əsas istiqamətləri, o cümlədən tikinti və istismara icazələrin verilməsi sahəsində şəffaflığın təmin edilməsindən bəhs edib.

Həmçinin son vaxtlar ölkə qanunvericiliyində edilmiş dəyişikliklərdən, onların sırasında icazə və məlumatlandırma icraatının elektron qaydada həyata keçirilməsi, mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin elektron qaydada verilməsi, tikinti layihələrinin elektron formada hazırlanması və "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"nin təsdiq olunması kimi mühüm yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, iclas iştirakçıları enerji səmərəliliyi və yaşıl tikinti standartlarının tətbiqi, tikinti fəaliyyəti və ekoloji ekspertiza, onlayn dövlət xidmətləri və statistika, tikinti icazələri üzrə qarşılıqlı fəaliyyət kimi mühüm məsələləri də müzakirə ediblər.

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR