9-08-2024, 15:35 459

Postsovet məkanında Qərb-Rusiya qarşıdurması - Kursk döyüşləri yeni Tehran konfransını aktuallaşdırır - ANALİZ

Tarixdə uzun illərdir, Qərb-Şərq, Avropa-Asiya qarşıdurması davam edir. Vaxtilə bu qarşıdurma türk-Avropa müharibələri kimi xarakterizə olunub. Son iki yüz ildə bu, əvvəl çar Rusiyası, sonra SSRİ, indi isə yenidən Rusiya Federasiyası-Qərb ziddiyyəti kimi müşahidə edilir.

Bu qarşıdurmada Qərb mərhələ-mərhələ uğur əldə edir. Çar Rusiyasını süquta uğradan qərblilər onun yerində sovetlərin qurulmasına imkan yaratmaqla, kommunist rejimi formasında Rusiya imperiyasının ömrünün 70 il uzanmasına dözdü. SSRİ ABŞ başda olmaqla, Qərb blokuna qarşı müqavimət göstərən yeganə güc mərkəzi sayılırdı. İkinci Dünya müharibəsində “şər imperiyası”nın savaşla süquta uğramayacağı təsdiqləndi. Əksinə, o daha da gücləndi və dünyada iki əks siyasi qütb formalaşdı. Ancaq dünya üzərində ikihakimiyyətlilik uzun sürmədi. Mübarizənin növbəti mərhələsi 1990-cı illərdən sonra dinc yolla, sürətlə həyata keçməyə başlayıb. SSRİ artıq mövcud olmasa da, Qərbin postsovet məkanında, onun varisi Rusiya ilə qarşıdurması davam edir.

Sovetlər dağıldıqdan sonra müstəqilliklərini bərpa etmiş, yaxud yenidən qurulmuş dövlətlər üzərində onların nüfuz mübarizəsi gedir.

Bu qarşıdurmaların bəziləri barədə qısa xatırlatma etmək yerinə düşər.

Azərbaycan ərazilərinin ilkin mərhələdə sovet, daha sonra Rusiya hərbçilərinin yardımı ilə Ermənistan tərəfindən işğal dönəminə diqqət yetirək. 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib. 1988-ci ildən Qərbi Azərbaycan türklərinin Ermənistandan qovulması ilə başlayan bu proses 2020-ci ilin payızınadək davam edib. Ötən on illərdə Qərb və Rusiyanın liderlik etdiyi ATƏT-in Minsk qrupu torpaqların işğal altında qalmasına şərait yaradıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təcavüzə məruz qalması, o dövrdə təbii sərvətlərinin talan edilməsi, yaşayış və sosial-inzibati binalarda daşın daş üstə qalmaması, mədəni-tarixi, dini abidələrin dağıdılması, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün vəziyyətə düşməsi Qərblə-Rusiyanın qarşıdurmasının nəticəsi idi. Onlar Cənubi Qafqazda, xüsusilə, Azərbaycan və onun enerji mənbələri üzərində nəzarəti ələ keçirmək uğurunda mübarizə aparıb. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Qərblə Rusiyanın ölkədə bu istiqamətdə nüfuz uğrunda mübarizəsinə də son qoyub. Rəsmi Bakı hər iki tərəflə bərabərhüquqlu əməkdaşlıq edir. Azərbaycan ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Avropa İttifaqı ilə iqtisadi-ticarət əlaqələrini genişləndirir, qarşılıqlı münasibətlərə dair strateji müqavilələr, razılaşmalar imzalayır. Bununla belə, tərəflərin ziddiyyətli davranışları və nüfuz uğrunda mübarizəsi davam edir.

Qərb-RF qarşıdurması Ermənistanda daha aydın görünür. Sovetlər dağıldıqdan sonra bu ölkə əlaqələr və əməkdaşlıq sahəsində üstünlüyü Rusiyaya vermişdi. Ancaq son altı ildə vəziyyət xeyli dəyişib. Ermənistan Moskvanın patronajlığında olan təşkilatları boykot edir, hətta 44 günlük müharibədən sonra təhlükəsizlik məsələlərində Rusiyanı “etibarsız” adlandırıb. Münasibətlərdəki dəyişiklik o həddə çatıb ki, İrəvan dağıdılan işğalçı ordunun yenidən silah-sursat və hərbi texnika ilə təchiz olunmasında İran və Hindistanı Rusiyadan üstün tutur. Ölkə ərazisində Rusiyanın hərbi bazası olsa da, Avropa İttifaqı Mülki Müşahidə Missiyası adı altında Azərbaycanla şərti sərhəddə hərbçilərin yerləşməsinə icazə verib. Ermənistanda hava limanları da daxil olmaqla, dövlət sərhədini Rusiya hərbçiləri qoruyur.

İrəvan “Zvartnots” hava limanından rusiyalı hərbçiləri çıxarmaqla, Qərb-RF qarşıdurmasında birincilərə üstünlük verib. ABŞ hərbçisinin Ermənistan Müdafiə Nazirliyində xidmətə qəbul edilməsi də Rusiyanın artıq hesabdan silinməsinin göstəricisidir. Birləşmiş Ştatların Ermənistanda hərbi təlimlər keçirməsi, Avropa İttifaqının bu ölkəyə hərbi məqsədlər üçün maliyyə yardımı ayırması kimi addımlar Qərbin bölgədə Kremli sıxışdırmasının təzahürüdür. Başqa sözlə, əvvəllər Rusiyanın Cənubi Qafqazda alət kimi istifadə etdiyi Ermənistandan indi ABŞ, Fransa yararlanır. Hələ ki Ermənistanda hakimiyyət Qərbə, müxalifət sayılan kəsim isə Rusiyaya meyllənib. Bu ziddiyyət müxtəlif sahələrdə, hətta, kilsədə belə davam edir.

Qərbin Rusiya üzərində üstünlük əldə etdiyi postsovet ölkələrindən biri də Gürcüstan idi. Mixeil Saakaşvilinin başçılıq etdiyi “narıncı inqilab” bu ölkə üçün uğur gətirmədi. Gürcüstanın ərazi bütövlüyü təmin olunmayıb, keçmiş prezident, az qala demokratiyanın “Çe Gevarası” qismində ictimaiyyətə təqdim olunan Saakaşvili həbs edilib. Qərbyönümlü sayılan və səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalan Prezident Salome Zurabişvili indi onu əfv etmək niyyətindədir. İki ilə əvvəl isə o, Saakaşvilini “heç vaxt əfv etməyəcəyini” bildirmişdi. Odur ki, keçmiş prezidentin azadlığa buraxılması məsələsinə münasibət fərqlidir. Keçmiş Prezidentin həbsdən azad edilməsi ilə bağlı məsələ də Qərb-RF qarşıdurmasının aydın görünən tərəflərindəndir. 2008-ci il avqustun 7-12-də Rusiya ilə Gürcüstan arasında müharibə, Cənubi Osetiya və Abxaziyanın “özlərini müstəqil elan etməsi” də “narıncı inqilabın” verdiyi “töhfə”lər sırasındadır. Rusiya isə iddia edir ki, Gürcüstan həmin “respublikalarla” sərhədləri müəyyənləşdirməlidir. Bu, Moskvaya meyllənmə kursunu seçən hökumətin vəziyyətini daha da ağırlaşdıra bilər.

Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi ABŞ başda olmaqla, Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirib. Birləşmiş Ştatlar bu ölkəyə yardım məqsədi ilə ayırdığı 95 milyon dollardan artıq maliyyə yardımını dayandıraraq o vəsaiti qeyri-hökumət təşkilatlarına verəcəyi bildirilir. ABŞ-nin dövlət katibi Antoni Blinken rəsmi Tbilisini “antidemokratik fəaliyyət göstərməkdə və yalan açıqlamalar verməkdə” ittiham edib.

Ermənistanda hökumət Qərb, müxalifət isə Rusiya yönümlü olduğu halda, Gürcüstanda vəziyyət əksindədir. Bu təzadlar Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyinə, regional əməkdaşlığın inkişafına mənfi təsir göstərir.

ABŞ, Aİ, NATO-Rusiya qarşıdurmasının ən ziddiyyətli tərəfi postsovet məkanı Ukraynadır. Çünki orada Rusiya öz maraqlarını açıq şəkildə hərbi yolla qorumaq yolunu tutub, hətta Ukraynanın bir hissəsini ilhaq edib.

Son günlər Rusiyanın Kursk vilayətinə Ukraynanın həyata keçirdiyi hücum əməliyyatı, bölgənin müəyyən hissəsini ələ keçirməsi vurğulanan ziddiyyətlərin daha da kəskinləşdiyini deməyə əsas verir.

Ukrayna bununla da RF-nin beynəlxalq miqyasda tanınan ərazilərinə daxil olub, müharibəni Rusiya ərazisinə keçirib. Nəticədə Rusiya qaçqın və ya məcburi köçkün problemi ilə üzləşib. Bu həm də müharibə edən bir ölkə üçün əlavə maliyyə məsrəfinə yol açır, sosial problem yaşadır.

Kursk strateji bölgədir. Orada Atom elektrik stansiyası, hərbi baza və hərbi nüvə obyektləri var. O, həm də Moskva vilayəti ilə Ukraynanın Sumı vilayəti arasında yerləşir. Bununla yanaşı, Kursk Böyük Vətən Müharibəsi illərində cəbhədə dönüşün başlanğıcı ilə tarixdə qalıb. 81 il öncə iyul-avqust aylarında polyak əsilli sovet sərkərdəsi Konstantin Rokossovskinin də başçılıq etdiyi cəbhənin bu istiqamətində sovetlər faşistləri geri oturda bilib. Həmin əməliyyatlar nəticəsində Ukraynanın Xarkov şəhəri də faşist işğalından azad edilib. Qeyd olunan hücumdan sonra hitlerçilər bütün cəbhə boyu bir daha özlərinə gələ bilmədilər.

Ukrayna hərbçiləri son günlər ilhaq altında olan Krım yarımadası ilə bərabər, Rusiyanın müxtəlif bölgələrinə də zərbələr endirib. Bu, ABŞ və Avropa İttifaqının Ukraynaya verdiyi hərbi texnikanın yaratdığı üstünlüyün nəticəsi sayılır.

Müharibə Rusiya Federasiyanın klassik ərazisinə keçibsə, o halda sual yaranır: Moskva Şərqi Avropaya, ABŞ-nin müttəfiqlərinin ərazisinə hücum edə bilər? Bunu etməyə Rusiyanın gücü çatar? Belə bir şəraitdə Çin və İran necə davranacaq?

Bu sualların cavabı həm də Ukraynanın Rusiya ərazisinə hücumunun intensivliyindən asılıdır. Hesab etmək olar ki, Ukrayna bu məsələdə Rusiyanın daha çox ərazisini tutmaqla, onu perspektivdə ilhaq olunmuş torpaqları ilə dəyişə bilər. Çünki rəsmi Kiyev Pekində Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bildirib. Belə bir hal, ərazilərin mübadiləsi Moskvanı da dalandan çıxara bilər. Bu isə Rusiyanın Ukraynanı Qərbə uduzması deməkdir. Kursk müharibəsi onda sovetləri, indi isə bu dəfə Ukraynanı və Qərbi məğlubiyyətdən xilas edə bilər. Bu HƏMAS-İsrail savaşəna da təsirsiz ötüşməyəcək. “Ukraynada dünyanın gələcək düzəni müəyyən ediləcək” deyiminin əbəs olmadığı da bununla təsdiqlənər. 81 il əvvəl Kursk döyüşləri yeni dünya düzəni üçün də başlanğıc olub. Tehran konfransı da ondan sonra - 1943-cü il 28 noyabr – 1 dekabr aralığında keçirilib. O baxımdan, Qərb-Rusiya qarşıdurmasının indiki vəziyyəti yeni konfransın çağırılmasına şərait yarada bilər.

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR